Ötən gün, 21 oktyabr tarixində Səbail rayonu M.F.Axundov bağının yaxınlığında yol-patrul xidmətinin əməkdaşları ilə sürücü arasında mübahisə qeydə alınmışdır. Aşkar edilmiş pozuntulara görə sürücü 20 sutka azadlıqdan məhrum edilib. Bu haqda Report xəbər verib.
25 yaşlı Nihad Sadiqov S.Vurğun-Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq polis əməkdaşlarına tabesizlik göstərib. Saxlama zamanı məlum olub ki, Sadıqovun avtomobili idarə etmək üçün etibarnaməsi olmayıb.