Bakı şəhərində parklanma problemlərinin həlli istiqamətində yeni addımlar atılıb.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bir sıra küçələrdə parklanma məntəqələrinin nişanlanması və yol nişanlarının quraşdırılması işləri tamamlanıb.
İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri başa çatdırılıb. Həmçinin Sabit Rəhman və Alı Mustafayev küçələrində parklanma nişanları yerləşdirilib.
Bununla yanaşı, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələrində və Bilgəh-Pirallahı şosesində 9 ədəd "Dayanma və durma qadağandır" yol nişanı quraşdırılıb.