Bakının Pirşağı qəsəbəsində su boru xəttində qəza baş verib.
Bununla bağlı Bakues.az-ın “Qaynar Xətti”nə məlumat daxil olub.
Bildirilib ki, qəza nəticəsində borudan çıxan yüksəktəzyiqli su yolun hərəkət hissəsinə və ətrafına yayılıb.
Fontan vuran su nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.