Pirallahı sakinləri Cəfər Cabbarlı küçəsinin abadlaşdırılmasını gözləyirlər.
Dəfələrlə Pirallahı Rayon İcra Hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, problem hələ də həll olunmayıb.
İcra Hakimiyyətindən Oxu.az-a bildirilib ki, yol tədbirlər planına daxil edilib və asfaltlanma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək:
"Qısa müddət ərzində asfalt örtüyünün döşənməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 9 saylı Yol İstismarı MMC tərəfindən həyata keçiriləcək.
Əhalini narahat edən problemlər tərəfimizdən daim diqqət mərkəzində saxlanılır və icrası növbəlilik prinsipinə uyğun həyata keçirilir".
