top
Piyadaları ölümə atan TİKİNTİ ŞİRKƏTLƏRİ – Yasamal İcra Hakimiyyəti zənglərə niyə cavab vermir?
29 oktyabr 2024, 06:06
- ↺ +

Piyadaları ölümə atan TİKİNTİ ŞİRKƏTLƏRİ – Yasamal İcra Hakimiyyəti zənglərə niyə cavab vermir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri geniş tikinti meydanını xatırladır. Paytaxtın ən müxtəlif ərazilərində yollar bağlanıb, yeni asfalt örtük vurulur, təmir-bərpa işləri həyata keçirilir. Əslində bu, yaxşı haldır. İstər yollarda, park və xiyabanlarda, istərsə də binaların həyətində və fasadlarında aparılan təmir işləri ümumən Bakı əhalisinə daha yaxşı xidmət, eləcə də küləklər şəhərinin gözəlliyi üçündür. Gözəllik də əlbəttə ki, qurban tələb edir. Amma bu qurbanlıq bir dəfə deyil, davamlı halda təkrarlanırsa, sona çatmırsa, insanların sərbəst hərəkətinə, gəliş-gedişinə, rahatlığına mane olursa, o zaman ciddi etiraz doğurur, narahatlıq yaradır.

Misal üçün, Bakı şəhərinin Yasamal rayonu Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsindən üzü yuxarı, “Şamaxinka” istiqamətinə hərəkət etdikdə asfalt yolun sağ tərəfində tikinti işi aparılır, nəhəng bir kompleks tikilir. İllərdir tikintisi tamamlanmayan, yarımçıq saxlanılan bu bina piyadaların hərəkətini tamamilə məhdudlaşdırır. Çünki hələ illər öncə tikinti başlayanda guya təhlükəsizlik məqsədilə ərazini hasara alıblar. Bu zaman piyada səkisini də hasarın içində saxlayıblar. Nəticədə küçə boyu piyada səkisi tikinti şirkəti tərəfindən zəbt olunub. Buna görə də piyadalar məcbur olub avtomobil yolu ilə hərəkət edirlər. Bu isə həm piyadaların həyatını riskə atır, həm də sürücülər üçün təhlükə yaradır. Belə hallara paytaxtın müxtəlif ünvanlarında da rast gəlmək mümkündür. Bununla tikinti şirkətləri piyadaları açıq-aşkar ölümə atırlar.

Təəccüblü burasıdır ki, sözügedən ünvan aidiyyəti dövlət qurumlarının asanlıqla müşahidə edə biləcəyi ünvandır. Amma yerli bələdiyyə, mənzil istismar sahəsi, icra nümayəndəliyi, icra hakimiyyəti bu problemi illərdir ya görmür, ya da hansısa səbəblərdən görmək istəmir. Medianews.az məsələ ilə bağlı ni Yasamal Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istəyi alınmayıb. Çünki icra hakimiyyətinin saytında qeyd edilən, qaynar xətdən tövsiyə edilən nömrələrə cavab verən olmayıb.

 

Mövzu ilə bağlı fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, yol kəsmənin cəzası ağır olmalıdır. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları bu sahəyə nəzarəti ciddi şəkildə artırmalı, qanun pozuntusuna yol verənlər qanunamüvafiq şəkildə cəzalandırılmalıdırlar:

“Yolun istər tikinti ilə bağlı, istərsə də müvəqqəti təmirlə bağlı bağlanmasının cəzası ağır olmalıdır və buna tələb də fərqli olmalıdır. Əgər yolda müəyyən iş görülürsə, yəni ya hərəkət zolağında, ya da piyadalar üçün ayrılmış yolda təmir aparılırsa, bütün hallarda hərəkət iştirakçıları üçün üçün təhlükəsiz keçid təmin olunmalıdır. Bu dövlətin həm qanunlarında, həm də standartlarında öz əksini tapmalıdır. Piyadaların həyatını riskə atan, sürücülər üçün təhlükə yaradan şirkətlər qanunun tələbi ilə cəzalandırılmalıdır. Hansısa tikinti şirkətinin paytaxtda həyata keçirdiyi hər hansı layihə, gördüyü iş, ümumilikdə hərəkət iştirakçıların sərbəst hərəkətinə mane olmamalıdır. Əgər tikinti işi qaçılmazdırsa, hərəkət iştirakçılarının təhlükəsizliyi naminə piyada səkilərinin üzərində keçidlər quraşdırılmalıdır ki, yuxarıdan həm onların üzərinə hər hansı tikinti materialı düşməsin, həm də onlar avtomobil yolu ilə hərəkət etməyə məcbur olmasınlar. Buna da aidiyyəti dövlət qurumları nəzarət etməlidir. Tikinti şirkətinin işini vaxtlı-vaxtında yerinə yetirməsinə də aidiyyəti qurumlar ciddi nəzarət etməlidirlər ki, illərlə bir ərazi istifadəsiz, zəbt olunmuş qaydada qalmasın”.

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər