Ötən gün gecə saatlarında polis Rusiyanın İrəvandakı səfirliyi binasının qarşısını kəsib və bir neçə etirazçını saxlayıb. Bu haqda bu gün, 20 sentyabr Bakuplus.az Report-a istinadən məlumat verir.
Saxlanılanların dəqiq sayı barədə məlumat verilmir.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, hökumət əleyhinə nümayişlər zamanı 30-dan çox insan xəsarət alıb.
Dünən axşam saatlarında Rusiyanın İrəvandakı səfirliyi etirazçılar tərəfindən tamamilə bağlanıb, bununla bağlı diplomatik nümayəndəlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.