Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.
Globalinfo.az-a daxil olan məlumata görə, qəza nəticəsində polis maşını daxil olmaqla 5 avtomobilə və şirniyyat mağazasına ziyan dəyib.
Bildirilir ki, polis maşını idarəetməni itirərək hərəkətdə olan “Hyundai” markalı avtomobilə, daha sonra isə 2 ədəd “Toyota” və “Chevrolet”ə çırpılıb.
Qəza nəticəsində şirniyyat mağazasına da ziyan dəyib.
Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası dəvət olunub.
Ciddi xəsarət alanların olmadığı bildirilir.