Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gün, saat 12:00-14:00 aralığında, Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissəsində aparılan söküntü işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırıldığını açıqlayıb.
Bakuplus.az AYNA-ya istinadən xəbər verir ki, məhdudiyyətlə bağlı bir sıra marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib. Dəyişikliklərə görə, 1, 2, 4, 10, 46, 120E, H1 və 125 nömrəli marşrutlar alternativ yol ilə hərəkət edəcək.
Qeyd edilib ki, alternativ yol Kövkəb Səfərəliyeva və Rəşid Behbudov küçələridir.