Bakıda sərnişinlərin müraciətlərinə əsasən, polis əməkdaşları müxtəlif taksi şirkətlərində fəaliyyət göstərən sürücüləri cəzalandırıblar. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onlardan 1-i dələduzluq, 8 nəfər isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflər edib.
Araşdırmalar nəticəsində 8 nəfər inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb ediliblər.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.