Xəzər Zamanov mərhum Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
[caption id="attachment_113621" align="alignnone" width="640"]
Foto APA.az[/caption]
10:25 - Qarabağda terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının nəşləri Bakıya gətirilib
Ötən gün erməni terrorçularının basdırdığı minanın partlamasıyışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov və polis serjantı Seymur Mahmudovun nəşləri Bakıya gətirilib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Zamanovla vida mərasimi Nizami rayonunda keçirilir. Vida mərasimindən sonra Xəzər Zamanov Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunacaq.
Seymur Mahmudovla vida mərasimi Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində keçirilir. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.
[caption id="attachment_113581" align="alignnone" width="640"]
Foto APA.az[/caption]