Bakıda qatar orta yaşlı bir nəfəri vurub.
Bakuplus.az ADY-yə istinadən xəbər verir ki, 21 avqust tarixində saat 12:40-da teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən qəfil qatarın qarşısına bir nəfər çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.