“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov xoşagəlməz hadisə ilə üzləşib.
Bu barədə İnsanoid.com saytı məlumat yayıb.
Məlumata görə, olay dünən gecə saatlarında, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində baş verib.
“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində “Ayaks”la matçını (0:3) tribunadan izləyən mütəxəssis arenanın ikinci çıxışında qəza keçirib.
Onun “Range Rover”lə markalı avtomobili digər maşın tərəfindən vurulub.