3-cü mikrorayon ərazisində körpünün uçması ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, körpünün uçmadığı, ərazidə təmir-bərpa işlərinin aparıldığı qeyd olunub.
“Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Bu haqda öncədən də məlumat verilmişdi. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad göstərsinlər”, – deyə qurum əlavə edib.
Daha öncə sosial şəbəkələrdə paytaxtda körpünün uçması barədə videogörüntülər yayılmışdı.