top
Respublika Narkoloji Mərkəzdə ötən il 42 min 624 nəfər qeydiyyatda olub
15 may 2026, 14:10
- ↺ +

Respublika Narkoloji Mərkəzdə ötən il 42 min 624 nəfər qeydiyyatda olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Ümumiyyətlə bütün dünyaya baxdıqda narkotik asılılığı daha çox inkişaf etmiş ölkələrdə yayılıb. Lakin bəzi inkişaf etməmiş ölkələrdə də geniş istifadə müşahidə olunur. Azərbaycanda isə ümumi mənzərəyə nəzər salsaq, narkotik asılılığı ilə bağlı statistik göstərici aşağıdır. Mərkəzimizdə ötən il 42 min 624 nəfər qeydiyyatda olub. Bu şəxslər əsasən opioidlər, kannabinoidlər (marixuana, həşiş və digər vasitələr), həmçinin bir neçə maddəni birgə qəbul edənlərdir".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov deyib.

O qeyd edib ki, mərkəzdə qeydiyyata düşənlər əsasən iki qrupa bölünürlər: "Birinci qrupa hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən şəxslər daxildir. Hansı ki, onlar inzibati xətaya və ya digər səbəblərdən ekspertizaya cəlb edilirlər. İkinci qrupa isə könüllü şəkildə müalicə üçün müraciət edən insanlar daxildir".

 "Mən 43 ildir, bu sahədə fəaliyyət göstərən həkim kimi deyə bilərəm ki, ölkəmizdə asılılıqla bağlı vəziyyət nəzarət altındadır. Həmçinin qeydiyyatda olan hər kəsi avtomatik olaraq "narkoman" kimi qiymətləndirmək də düzgün yanaşma deyil. Burada narkotik vasitədən istifadə müddəti də nəzərə alınmalıdır",- deyə baş direktor bildirib.

Fəzail Sadıqov Respublika Narkoloji Mərkəzində qeydiyyatın dinamik xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, şəxslər qeydiyyata alınır və qanuni qaydalara əsasən qeydiyyatdan çıxarılırlar. Belə ki, beş il ərzində hər hansı narkotik vasitədən istifadə etməyən şəxslər qeydiyyatdan çıxarıla bilərlər. "Mərkəzimizin xidməti isə bütün ölkəni əhatə edir və respublika səviyyəsində fəaliyyət göstərir. Stasionar müalicə üçün 350 çarpayılıq xəstəxanadır. Həmçinin rayonlararası dispanserlər də mövcuddur. Müalicə almaq istəyən şəxslər ilk mərhələdə yaşadıqları ərazi üzrə bu dispanserlərə müraciət etməlidirlər. Dispanser isə istifadəçinin vəziyyəti ağırlaşdıqda onu mərkəzi müəssisəyə yönləndirir. Eyni zamanda, vətəndaşlar göndəriş əsasında birbaşa burada da müalicə ala bilərlər. Vacib məqamlardan biri isə müalicənin məcburi yox, könüllü olmasıdır. İstisna hallar isə konkret hüquqi əsaslarla bağlıdır. Şəxsə məhkəmə hökmü ilə məcburi müalicə təyin edilibsə, bu artıq onun şəxsi istəyindən asılı olmur. Belə hallarda məhkəmə qərarına əsasən 6 aydan 2 ilə qədər məcburi müalicə tətbiq oluna bilər. Bu prinsip həm ölkəmizdə, həm də dünyanın bir çox ölkəsində tətbiq edilir. Yaşı 18-dən aşağı şəxslərin məsuliyyəti isə valideynin və ya qanuni nümayəndənin üzərinə düşür".

Son xəbərlər

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Oxşar xəbərlər