Bakıda liftin qırılması nəticəsində iki nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az Marja-ya istinadən 5 aprel tarixində xəbər verir.
İçərişəhər ərazisində yerləşən restoranlardan birində liftin qırılması nəticəsində xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
34 yaşlı Məmməd Abdulsalamov və 44 yaşlı Nadir Qəhrəmanovda fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var.
Hər iki şəxs reanimasiyaya yerləşdirilib.