Heyvanların baxmaqla məşğul olan “The Grooming Station” iş qadını Ruhi Əliyevanın iddialarına cavab verib.
Salondan 1news.az saytına bildiriblər ki, Ruhi Əliyevanın pişiyinə əziyyət verilməsi ilə bağlı yayılan video montaj edilib:
“İnternetdə yayılan video tam versiyanın kəsilmiş parçasıdır. Heyvana baxmaq çətin və hər şeydən əvvəl məsuliyyətli işdir, ona görə də işçiyə qarşı ən sərt tədbirləri tətbiq etdik. Yayılan video kontekstdən çıxarılsa da, əslində olduğundan qat-qat pis görünsə də, salonumuzda bu cür davranış yolverilməzdir”.
