Xırdalanda dayanma-durma qaydasını kobud şəkildə pozan sürücü yolda hərəkəti çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində baş verib. Belə ki, 77-FN-819 qeydiyyat nişanlı "MG" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq yolun sağındakı meyvəsatandan bazarlıq edib. Yolda hərəkət məhdudlaşdığından avtomobillər əks istiqamətə çıxmağa məcbur olub.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal və 80 manat məbləğində cərimə nəzərdə tutulub.