Bakıda və Abşeron yarımadasında sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Martın 5-də paytaxtda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz isə 9-14 dərəcə isti olacaq.