Sabunçu rayonunda yaşı bir əsrdən çox olan bina çökmək üzrədir. Bu haqda 11 iyun tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Xəstəxana yanı küçəsi 39-41-43 ünvanında yerləşən 122 yaşlı binanın tavanı tam olaraq yararsız vəziyyətdədir, döşəmələrdə isə hərəkət etmək olduqca risklidir. Binanın istismar müddəti başa çatdığından, burada yaşamaq olduqca təhlükəlidir. Hazırda binada yaşayan 40-dan çox sakin tez bir zamanda bu ərazidən köçürülməsini istəyir.
Sakinlər deyir ki, binanın vəziyyəti ilə bağlı FHN-ə müraciət olunub və bununla bağlı akt tərtib edilib. Həmin vaxtdan kifayət qədər zaman keçsə də, heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı 148 saylı Mənzil Kommunal İstismar Sahəsi açıqlama verib. Qurumdan bildirilib ki, bir əsrdən çox yaşı olan bina qəzalı binalar siyahısına daxil edilib və yaxın zamanlarda sakinlər növbəlilik əsasında köçürüləcək.
[URIS id=48242]