Bakıda yeznəsini bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda 4 mart tarixində Report məlumat verib.
Sabunçu rayonunda 2021-ci ilin oktyabr ayında İlham Əhmədov şəxsi münasibətlər zəminində bacısının həyat yoldaşı Asif Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
Əhmədov saxlanılıb və Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Əhmədovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.