Sabunçu rayonunda karantin qaydalarını pozan 30-dan çox sakin cərimələnib. Bu haqda 18 mart tarixində APA məlumat verib.
Qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib. Yoxlamalardan biri Sabunçu rayonunda baş tutub. Reyd zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülər və onların sərnişinləri maskadan istifadə etmədiklərinə görə cərimələniblər. Reyd zamanı sanitar-karantin qaydalarına əməl etməyən 36 şəxs barəsində inzibati protokol tərtib edilib.