top
Sabunçuda 12 ailə təhlükədədir
03 mart 2026, 13:33
- ↺ +

Sabunçuda 12 ailə təhlükədədir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonu, Nikolay Baybakov küçəsində (3 nömrəli xəstəxana ilə üzbəüz bina) aparılan söküntü işləri ciddi narazılıq doğurub. 

Bu barədə Bakuplus.az-a yerli sakinlər məlumat veriblər. 

Sakinlərin dediyinə görə, binanın söküntüsünə dörd il əvvəl başlanılıb. Həmin vaxt sakinlərə vəd olunub ki, bu ərazidə yeni yaşayış binası inşa ediləcək. Lakin ötən müddət ərzində vəziyyət kritik həddə çatıb.

Şikayətçilər bildirirlər ki, ikimərtəbli binanın yuxarı hissəsi tamamilə dağıdılıb: mərtəbələr sökülüb, pilləkənlər məhv edilib. Sakinlərin bir qismi məcbur qalaraq evlərini tərk edib və kirayə mənzillərə köçüb. Lakin insanlara nə yeni mənzil verilib, nə də tam həcmdə kompensasiya ödənilib.

Sakinlərin sözlərinə görə, bir müddət kirayə haqqı yeni binanı tikməli olduğu bildirilən "Almond" tikinti şirkəti tərəfindən qarşılanıb. Daha sonra ödənişləri başqa bir şirkət həyata keçirməyə başlayıb: "Görünür, podratçı dəyişdirilib, lakin sakinlərə indiyədək layihəyə hazırda hansı şirkətin cavabdeh olduğu və ümumiyyətlə, tikintinin həyata keçirilib-keçirilməyəcəyi barədə heç bir rəsmi məlumat verilməyib". 

Hazırda yarıuçuq vəziyyətdə olan binada 12 ailə yaşayır, bu isə onların hər biri üçün təhlükəlidir. 

Şikayətçilər deyirlər ki, bu ərazi antisanitar vəziyyətə düşüb: mərkəzi yol palçıq içindədir, dağıntılar arasında evsiz şəxslər gecələyir.

Sakinlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etsələr də, ortada nəticə yoxdur. 

"Artıq dörd ildir ki, biz dağıdılmış binada, çirkab və daimi qorxu içində yaşayırıq. Sabah bizi nə gözlədiyini bilmirik. Müvafiq qurumlardan xahiş edirik ki, yaranmış vəziyyətə diqqət yetirsinlər" – deyə şikayətçilərdən biri vurğulayıb. 

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə sorğu göndərilib. 

Son xəbərlər

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

Oxşar xəbərlər