“Space” TV-nin rəhbəri vəzifəsindən azad olunub. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
"Space" Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən azad olunub. Onun yerinə “Parni iz Baku” KVN komandasının aktyoru Vado Korovin təyin edilib.
Müşfiq Hətəmov 20 may 2021-ci il tarixindən bu vəzifədə çalışırdı.