İsrail Dövlətinin Bakıdakı səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bakuplus.az xəbər verir ki, paylaşım səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında dərc edilib.
“Xalqın öz müstəqilliyini bərpa etdiyi bu tarixi gündə, 18 oktyabrda azərbaycanlıların mətanət və azadlıq ruhunu uca tuturuq”, - paylaşımda qeyd edilib.