top
Subasma nəticəsində həlak olan şəxslərin ailə üzvlərinə kompensasiya ödəniləcək? – HÜQUQŞÜNAS RƏYİ
22 oktyabr 2024, 07:17
- ↺ +

Subasma nəticəsində həlak olan şəxslərin ailə üzvlərinə kompensasiya ödəniləcək? – HÜQUQŞÜNAS RƏYİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gündən bölgələrdə və Bakıda yağan aramsız yağış bir sıra fəsadlara yol açıb. Yağışın normadan artıq yağması subasmaya səbəb olub. Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində isə iki nəfər həlak olub.

Bəs görəsən, həlak olan şəxslərin ailə üzvlərinə kompensasiya ödəniləcəkmi? Təbii fəlakət hüquqi baxımdan necə tənzimlənəcək?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, təbii fəlakət nəticəsində baş verən ölüm halları və bununla bağlı hüquqi çərçivə bir sıra qanunvericilik aktlarına, qaydalara əsaslanır:

“Fövqəladə hallar zamanı baş verən zərər halları, o cümlədən insan itkisi, qanunla xüsusi qaydada tənzimlənir. Azərbaycan Respublikasının “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması haqqında” qanunu, təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallar zamanı dövlətin və icra orqanlarının zərərçəkən şəxslərə yardımı ilə bağlı hüquqi çərçivəni təmin edir. Həlak olan şəxslərin ailələrinin sosial müdafiəsi bu çərçivədə nəzərdə tutula bilər.

FHN hadisə yerində xilasetmə əməliyyatlarını həyata keçirir və subasma nəticəsində zərər çəkmiş şəxslərin ailələrinə yardım üçün müraciətlərin yönləndirilməsində rol oynaya bilər. Maddi kompensasiya və yardımların da dövlət büdcəsindən və ya FHN-in müvafiq fondlarından təmin olunması mümkündür”.

Hüquqşünas əlavə edib ki, əgər həlak olan şəxs ailənin əsas gəlir mənbəyi idisə, ailə dövlətin sosial təminat proqramlarına uyğun olaraq pensiya və ya sosial yardım ala bilər.

“Təbii fəlakət nəticəsində həyatını itirən şəxslərin ailələrinin hüquqları Azərbaycan Respublikasının sosial təminat qanunvericiliyi ilə tənzimlənir. Ailələrə dövlət tərəfindən maddi kompensasiya ödənilə bilər. Bunun müxtəlif yollarla həyata keçirilməsi mümkündür. Bəzi hallarda xüsusi fövqəladə vəziyyətlərə cavab olaraq, zərərçəkmiş ailələrə yardım məqsədilə xüsusi qərarlar qəbul edilir. Bu qərarlar maddi yardım və ya kompensasiyaların miqdarını təyin edə bilər.

Əgər həlak olan şəxsin həyat və ya əmlak sığortası varsa, sığorta şirkətləri bu müqavilələrə əsasən ödəniş edə bilər. Bununla bağlı əsas qanunvericilik “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda əks olunub. Həyat sığortası müqaviləsi əsasında ailələrə təyin olunmuş məbləğlər ödənilir. Bu, dövlət kompensasiyalarına əlavə olaraq ailənin maliyyə vəziyyətinin qorunmasına kömək edə bilər”.

Ə.Nuriyev bildirib ki, subasma nəticəsində əmlakına zərər dəyən şəxslərin, əgər əmlak sığortası varsa, sığorta ödənişi tələb etmək hüquqları vardır:

“Bələdiyyələr və yerli icra hakimiyyətləri də zərərçəkən şəxslərin ailələrinə birbaşa yardım göstərə bilər. Bəzi hallarda yerli büdcələrdən xüsusi fondlar vasitəsilə kompensasiyalar ödənilir.

Əgər zərərçəkənlərin ailələri kompensasiya ilə bağlı problemlər yaşayırsa və ya verilən yardımlar yetərli deyilsə, onlar məhkəməyə müraciət edə bilərlər. Məhkəmə yolu ilə dövlət qurumlarının və ya sığorta şirkətlərinin ödəniş öhdəliklərinin təmin olunması mümkündür”.

“Azərbaycanda subasma və digər təbii fəlakətlər zamanı həlak olan şəxslərin ailələrinə kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş sosial və hüquqi müdafiə mexanizmləri əsasında həyata keçirilir. Ailələr dövlətin müvafiq qurumlarına müraciət edərək maddi yardım və kompensasiya almaq hüququna malikdirlər. Əgər fövqəladə hal kimi qiymətləndirilən bu hadisə dövlət tərəfindən xüsusi olaraq tanınarsa, əlavə yardımlar da mümkündür.

Ailələr FHN-ə, yerli icra hakimiyyətlərinə və ya sosial təminat orqanlarına müraciət edərək hüquqi dəstək və kompensasiya tələblərini irəli sürə bilərlər”, - deyə Ə.Nuriyev fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər