Sumqayıt-Pirşağı-Bakı qatarında gecikmə müşahidə olunub. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
07:50-də Sumqayıtdan çıxan qatar cədvələ görə 08:40-da Bakıya çatmalı idi. Ancaq qatar 9 dəqiqə “Koroğlu” stansiyasında dayanıb və paytaxta 08:49-da çatıb.
Gecikmənin səbəbi açıqlanmır.