top
Təcili tibbi yardım Masazıra niyə gecikir? - TƏBİB-dən AÇIQLAMA
07 noyabr 2024, 05:35
- ↺ +

Təcili tibbi yardım Masazıra niyə gecikir? - TƏBİB-dən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaman-zaman paytaxtın müxtəlif ərazilərindən Təcili Tibbi Yardımla bağlı şikayətlər gündəmə gəlir. Bu dəfə isə Masazır qəsəbəsi şikayətin mənbəyi olub.

Bakuplus.az xəbər verir ki, bu barədə şikayət sosial şəbəkədə paylaşılıb.

Belə ki, Masazır qəsəbəsində yaşayan sakin təcili tibbi yardım çağırıb. Onun çağırışına 2 saat sonra cavab verilib. Həmin müddət ərzində isə operator bu əraziyə 3 həkimin təhkim edildiyini və bütün briqadaların çağırışda olduğunu deyib.

Məsələ ilə bağlı Bakuplus.az TƏBİB-ə sorğu ünvanlayıb. Sorğuda deyilir:

“Hazırda Masazır qəsəbəsində məskunlaşan (qeydiyyatda olan) əhaliyə 3 təcili tibbi yardım briqadası xidmət göstərir və orta hesabla bir sutka ərzində bu qəsəbədə məskunlaşan əhalidən 60–70 dən çox müraciət qeydə alınır. Çağırışların sayını, bir briqadaya düşən yükü, yol infrastrukturunun vəziyyətini, tıxacları və çağırış ünvanlarının tapılmasında yaranan çətinlikləri nəzərə alaraq müraciətlərin daha çox daxil olduğu saatlarda çağırışların icra edilməsində gecikmələr yarana bilir.

Qeyd edək ki, bütün bunları nəzərə alaraq Sumqayıt və Xırdalan ərazisi üzrə yeni təcili tibbi yardım filiallarının açılması nəzərdə tutulur. Yeni filialın yaradılması çağırışların vaxtında icrasına kömək edəcək.

Məlumat üçün bildirək ki, çağırışların daha səmərəli idarə edilməsi məqsədilə müraciətlərin çeşidləməsi həyata keçirilir və bunun nəticəsində təcili müdaxiləni tələb edən çağırışlar (yol nəqliyyat hadisələri, yanğın, kütləvi xəsarətlər, uşaqlarda qıcolmalar və s.) ilk növbədə icra üçün yönləndirilir. Yaranan gecikmələrin əksəriyyəti təxirəsalınmaz hallarla (bədən hərarətinin yüksəlməsi, baş ağrısı və s. kimi) bağlı olur.

Həmçinin, gecikmələrin aradan qaldırılması məqsədilə müraciətlərin daha çox daxil olduğu saatlarda və zərurət yarandığı hallarda yaxınlıqdakı bölmələrdən (Sumqayıt və Abşeron Təcili və təxirəsalınmaz tibbi yardım bölmələrindən) təcili yardım briqadaları da Masazır qəsəbəsi üzrə çağırışlara cəlb olunur”.

 

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər