Türkiyəli youtuber Cihan Unal Azərbaycanın tanınmış meyxanaçıları barədə danışıb.
Bakuplus.az xəbər verir ki, o, bu barədə şəxsi kanalındakı süjetdə söhbət açıb.
Belə ki, youtuber tanınmış meyxanaçılar Aydın Xırdalanlı, Rəşad Dağlı və Vüqar Biləcərlinin də iştirak etdiyi toy məclislərindən birində ifa etdikləri “Biləsən şair” qafiyəsi ilə baş tutan meyxana deyişməsini incələyib.
“Bu bölümdə meyxana dünyasının ən hüzünlü və ən mənalı videolarından biri olan “Biləsən şair”in videosunu yayımladıq. Aydın Xırdalanlı və Vüqar Biləcərinin ölümləri ilə daha da dərinləşən bu meyxana deyişməsini izləyə bilərsiniz”.