top
Taleyinə İŞ yazılan kİŞilər!
02 noyabr 2024, 09:00
- ↺ +

Taleyinə İŞ yazılan kİŞilər!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya Kişilər Günü geridə qaldı. 60-dan çox ölkədə, o cümlədən Azərbaycanda da noyabrın ilk şənbəsində qeyd olunur. Qeyd olunur deyəndə ki... Əslində, Azərbaycan kişilərinin 99,9%-nin bundan heç xəbəri də yoxdur. Elə dünən də xəbərləri olmadı, adi gün kimi yaşadılar. Eşidib-bilənlər də “rəhmətliyin nəvəsi, bu soxa-soxda heç hənanın yeridir?” deyib üz çevirib gedərlər. Onları qınamağa dönən dillər quruyar. Kişilər haqlıdır...

Azərbaycanda ildən-ilə gender bərabərliyi, qadınların hüquqlarının qorunması, qızların təhsil alması və s. buna bənzər istiqamətlərdə fəaliyyət genişlənir. Bu, çox gözəldir, belə də olmalıdır. Amma hərdən bu binəva kişilərin də dərdinə yanmaq, onları da yada salmaq olar. Heç olmasa ildə 1 gün. O gün də bu gün olmasın, bəs hansı olsun?

Azərbaycanlı kişisi ağlı kəsəndən “Kişi ol!” şüarını eşidir və ona sadiq qalmağa çalışır. Heç eşitməsə belə, DNT səviyyəsində sanki daşa həkk olunub bu sözlər. Odur ki, artıq 4-5 yaşlı oğlan uşağı kişi olmaq üçün səy göstərir və sanki uzunluğu həyatına bərabər estafet qaçışına başlayır. Hər şərti məsafənin də öz şüarı var, birinin finiş xəttinə çatdıqda avtomatik olaraq qarşısında yenisini görürür: “Kişi şalvarına pi-pi eləməz!”, “Kişi iynədən qorxmaz!”, “Kişi ağlamaz!”, “Kişi dərslərini yaxşı oxuyar!”, “Kişi dərsdən qaçmaz!”, “Kişi utanmaz!”, “Kişi güclü olar!”, “Kişi pul qazanar!”, “Kişi qadına əl qaldırmaz!”, “Kişi tüpürdüyünü yalamaz!”, “Kişi evinə baxar!”, “Kişinin yaxşı işi olar!” və s. və s. Yəni Azərbaycan kişisi hətta gecə yatanda da (bəziləri üçün bu, sutkada 5-6 saat deməkdir) növbəti günün marafon qaçışını, başının üzərində Domokl qılıncı kimi asılmış müvafiq şüarı düşünür, bəzən isə reallığa çox yaxın ssenarilərlə yuxular da görür: “Uşağı bağçaya aparmalıyam, həyat yoldaşımın yazdığı siyahıya uyğun ərzaq almalıyam, qaz pulunu təcili ödəməliyəm, işdə rəisin tapşırdıqlarını axşama kimi mütləq bitirməliyəm, evə dönəndən sonra hamam otağında su kranını düzəltməliyəm, sonra... Yox, bu gün çatmayacaq, qalsın sabaha. Sabah isə...” Kişinin bu bitməyən serialın hansı yerində yuxuya dalmasını dəqiq demək çətindir: hər kəsdə fərqlidir. Amma tam dəqiqdir ki, məsələlər yarım qalmır, ardını kişi yuxuda görür.

Bir sözlə, Azərbaycan kişisi daim iş-gücdədir. Hətta rəsmi iş yeri olmasa belə. İş demişkən... Bəlkə, elə “kİŞi” sözünün tam 50 faizini “İŞ” əbəs yerə təşkil etmir? Kim bilir... Bəlkə də Azərbaycan dilinin təşəkkül tapdığı ilk dövrlərdə əcdadlarımız təcrübədən irəli gələrək bəşəriyyətin bu yarısını məhz “kişi” adlandırıb?..

Nə isə. Möhkəm olun, kişilər! Həm bu əlamətdar gündə, həm də ilin digər günlərində. Necə deyərlər, döyüş alnınıza, İŞ isə kİŞi taleyinizə yazılıb!

Vüsal Əliyev

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər