Paytaxtda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 2 aprel tarixində xəbər verir.
Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İtaliyanın xarici işlər naziri Luici Di Maio, təhsil naziri Emin Əmrullayev, energetika naziri Pərviz Şahbazov və başqa şəxslər iştirak edib.
İştirakçılara və İtaliyalı nazirə universitet barədə məlumat verilib.