top
Tikinti materialları bahalaşdı - EVLƏRİN QİYMƏTİ ARTACAQ
26 oktyabr 2024, 02:37
- ↺ +

Tikinti materialları bahalaşdı - EVLƏRİN QİYMƏTİ ARTACAQ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər tikinti materialları bazarında qiymət artımı ilə bağlı ajiotaj var. Qeyd edilir ki, havaların soyuması tikinti bazarına da təsir edib. Satıcılar qeyd edir ki, son günlər alıcı qıtlığı yaşanır. Taxtanın qiyməti 380-420 manat təşkil etdiyi qeyd edilir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda 2024-cü ilin aprelində tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri illik müqayisədə bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin iyun ayında açıqladığı məlumatda bildirilir. Həmin materiallardan parket, sulu boya, pəncərə şüşəsi, divar kağızları və onlar üçün yapışqan, sement kimi materiallar isə illik mübahisədə bahalaşıb.

Müsavat.com xəbər verir ki, bahalaşma ən çox parket (8,3%), sulu boya (8%), pəncərə şüşəsi (5,5%) və divar kağızlarında (5,3%) müşahidə olunub. İllik müqayisədə qiyməti aşağı düşmüş kəsilmiş taxta, ağac lifli lövhə, ağac yonqar lövhə, keramik plitə yapışdırıcısı aylıq müqayisədə bahalaşıb. Sementin qiymətində aylıq 1,4%, illik isə 3,6% bahalaşma müşahidə edilir. Kəsilmiş taxtaların qiyməti son bir ildə 4,7% ucuzlaşsa da, son bir ayda 0,9% bahalaşıb. Laminat parketinin qiymətində illik 0,2% ucuzlaşma, aylıq 0,3% bahalaşma baş verib. Parketin, kanalizasiya borusunun, polietilen su borusunun və parket üçün lakın qiymətində son bir ayda heç bir dəyişiklik olmayıb.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı Musavat.com-a deyib ki, tikinti materiallarının tikintinin maya dəyərində ümumi payı təqribən 40-45% civarında dəyişir:

“Təbii ki, tikinti materiallarının qiymətinin əhəmiyyətli dərəcədə azalması və artması tikinti bazarında maya dəyərində artım və azalma ilə nəticələnir. Nəticədə də tikinti şirkətləri öz satış qiymətlərinə müvafiq dəyişikliyi edirlər. Bu da təbiidir, bazarın tələbindən irəli gələn addımlardır. O ki qaldı bəzi tikinti materiallarının bahalaşmasına, bəzisinin isə ucuzlaşmasına, idxal edilən tikinti materiallarının satış qiymətini tikinti materiallarını satanlar istədikləri kimi tənzimləyə bilmirlər. Çünki bu idxal edilən xərclərlə birbaşa bağlıdır. Ona görə qiymətləri adətən idxaldan asılı olur. Amma daxildə istehsal edilən tikinti materiallarının qiyməti isə həmin tikinti materialları istehsal edən şirkətlərin bazar marjasından asılı olaraq korrektə edə bilirlər. Maksimum 15 faiz azalda yaxud da artıra bilirlər. Ona görə bazarda tələb olmayanda daxildə istehsal edilən tikinti materiallarında müəyyən qədər ucuzlaşma müşahidə edilir. Amma idxal edilən tikinti materiallarında isə yox. Qaldı ki, bahalaşmanın səbəbinə, indi payız mövsümüdür, taxtanı Rusiyadan idxal etdiyimiz üçün orada yağış və qarın intensiv yağan vaxtıdır. İstehsalçılar meşə zolağına giri bilmirlər. Demək olar ki, taxta materialının istehsal həcmi də aşağı düşür və bazarda müəyyən defisit yaranır, son nəticədə qiymətlərin artımına gətirib çıxarır. Taxta materiallarının qiymət artımı hər il payızda bu səbəbdən müşahidə edilir”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materiallarının cüzi ucuzlaşması və bahalaşması mənzilin hər kvadratmetrində 30-50 manat civarında fərq edir:

“Tikinti materialları cüzi ucuzlaşandan bəri qiymətlər hər kvadratmetrə 200-500 manata qədər bahalaşıb. Qiymətlərin artımına əsas səbəb odur ki, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi qalmayıb. Satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Bu səbəbdən də tikinti şirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Bəzi tikinti şirkətləri qəzalı binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Belə binaların söküntüsündə sənədləşmələr də rahatdır. Çünki bunun özü dövlət layihəsidir. Tikinti materiallarının ucuzlaşması həyət evlərinin də qiymətlərinə təsir etməyib. Həyət evləri də kəskin bahalaşıb. Əsas səbəb isə ev tikintisi üçün yararlı torpaqların azalmasıdır. Bir sözlə, mənzillərin bahalaşmasının əsas səbəbi tikintiyə yararlı torpaqların qiymətinin baha olmasıdır”.

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər