top
Tikiş sexinin fəaliyyəti dayandırıldı - VİDEO
12 mart 2025, 06:31
- +

Tikiş sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Binəqədidə yanğın təhlükəli tikiş sexinin fəaliyyəti dayandırılıb.

Bakuplus.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib; obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb; obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; təxliyə planı mövcud deyil; obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb; obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub; istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb; anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb; obyektin ərazisi yanar tullantılardan təmizlənməyib; obyektin tikinti və layihə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb; obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Son xəbərlər

Xəbər
Dünən, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Dünən, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Dünən, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Dünən, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Dünən, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Dünən, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Dünən, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Oxşar xəbərlər