top
Turizm sektorunda vəziyyət nə yerdədir? – ÖZƏL AÇIQLAMA
11 mart 2025, 06:44
- ↺ +

Turizm sektorunda vəziyyət nə yerdədir? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaz fəslinin ilk ayındayıq. Hər zaman olduğu kimi havaların isinməsi ilə turizm sektorunda da canlanma müşahidə olunur.

Bəs, görəsən, ölkəyə gələn turistlərin sayında hansı dəyişikliklər baş verib? Turistlər daha çox hansı bölgələrə üz tutacaqlar? Daxili turizmə müraciət edənlər daha çoxdur, yoxsa xarici?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən turizm eksperti Cabir Dövlətzadənin sözlərinə görə, müştəri artımı artıq yavaş-yavaş hiss olunur:

“Artıq qış mövsümü bitmək üzrədir. Bu vaxtlarda mərkəzi hotellərdə müştəri çox azalır. Yazın gəlişi ilə artıq orta mövsüm deyə biləcəyimiz bir mövsüm başlayır. Bu, yüksək və zəif mövsümlər arasındadır.

Ümumiyyətlə Azərbaycan bazarına son vaxtlar daha çox Hindistandan axın gəlməkdədir. Qrup halında gəlib, adətən böyük hotellərdə qalırlar, bir qismi də evlərdə qonaqlayır. Regionlarımıza isə, əsasən də Şahdağa, onların müəyyən bir hissəsi gedir”.

C.Dövlətzadə qeyd edib ki, saylarına görə türk müştərilər ruslardan sonra ikinci yeri tuturlar:

“Hindistan, Koreya və Çindən əlavə digər ölkələrin turistlərində də müəyyən bir artım olacaq. Təqdirəlayiq və sevindirici haldır ki, türk müştərilər ruslardan sonra ikinci yeri tuturlar. Artıq onlar Avropa ölkələrindən çox Azərbaycanı kəşf etməyə üstünlük verirlər”.

Ekspert Ceyhun Aşurov isə qeyd edib ki, turizm sektorunda hazırda durğunluqdur:

“Ramazan ayıdır. Buna görə xaricdən, xüsusən ərəb ölkələrindən gələn turistlərin sayında azalma var. Amma Hindistan, Pakistan və Avropa ölkələrindən turistlər az-az gəlir. Daha çox turist böyük tədbirlər və yaxud da ümumi tətil olanda müşahidə olunur. Bayram yaxınlaşır. İnsanlarımız ardıcıl istirahət edəcək. Rayonlar və ölkə xaricinə üz tutmaq istəyən insanlar var. Bunu sosial şəbəkələrdə və turizm şirkətlərinin reklamlarında da görə bilərik. Rusiya, Türkiyə, Gürcüstan, Dubay, Doha ilə paralel olaraq biz Misir, Maldiv adaları, Şri-Lanka, Uzaq Şərq və Orta Asiya ölkələrinin reklamlarını da görə bilirik. Əlbəttə ki, qiymətlər fərqlidir. Daxili turizmdə də müəyyən qədər tələbatın artacağı gözlənilir”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Oxşar xəbərlər