top
Şuşada ilk bayrağımızı ucaldan qəhrəman: “O torpaqlardan çıxanda 13 yaşım var idi” – ÖZƏL MÜSAHİBƏ
07 noyabr 2024, 23:01
- ↺ +

Şuşada ilk bayrağımızı ucaldan qəhrəman: “O torpaqlardan çıxanda 13 yaşım var idi” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şuşanın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizdən biri də Səbuhi Abdullayevdir. O, Şuşaya ilk daxil olan, düşməni məhv edərək Azərbaycan bayrağını qədim şəhərdə dalğalandıran hərbçilərimizdəndir.

Bakuplus.az qəhrəman hərbçi Səbuhi Abdullayev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Səbuhi bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1978-ci il avqustun 28-də Şuşada dünyaya göz açmışam. Əslən Şuşalıyam. Biz Şuşadan çıxanda 13 yaşım var idi. Hər zaman deyirdim ki, biz yenə də bu torpaqlara qayıdacağıq. Mən üç il Cəmşid Naxçıvanski adın Hərbi Liseydə təhsil aldım. Ondan sonra Hərbi Akademiyada təhsilimi davam etdirdim.

- Necə oldu ki, döyüşlərə qatıldınız?

- Müharibə başlayan ilk gündən döyüşlərə qatıldım. İlk gündən sona qədər torpaqlarımızın azad olunması uğrunda mübarizə aparmışıq. 44 günlük döyüşlərdə Azərbaycan əsgərlərinin şücaəti sayəsində düşmənin müqaviməti qırıldı, işğalçılar darmadağın edildi. Mən aprel döyüşlərində də iştirak etmişəm. Həmin döyüşlərdə də yaralandığım üçün bir qədər başımda ağrı var.

- Döyüş başlayanda hansı hissləri keçirdiniz?

- Vətən gözəldir və onun uğrunda canından keçməyə dəyər. Düşmən geri çəkilirdi, onlar hər şeyini qoyub qaçırdı. Ermənilər bizim əks hücumlarımıza tab gətirə bilmədilər və biz düşməni məhv elədik. Vətən, xalqımız, torpaqların geri qayıtması uğrunda canımızı fəda verdik. Bu, bizim borcumuzdur.

“Ən böyük arzum Şuşanı görmək idi”

- 28 il həsrətdən sonra doğma şəhərimə qovuşdum. Şuşaya ilk daxil olanda hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm. Çox gözəl duyğu idi. Ən böyük arzum Şuşanı görmək idi və bu arzum reallaşdı. 28 il sonra mən doğma yurdumu - Şuşanı gördüm. Şuşadan çıxanda artıq yeniyetmə idim və hər şeyi, hər yeri xatırlayırdım.

- Nə zaman yaralandınız?

- 8 noyabrda Şuşada yaralandım Bir gündə iki dəfə yaralandım. Yaralı olsam da, sonadək döyüşdüm.

- Şuşaya ilk bayrağı siz sancmısınız.

- Azərbaycan bayrağı Şuşada dalğalananda çox sevindim. Bayrağı sancanda yaralı idim. Səhər döyüşlərdə başımdan qəlpə yarası almışdım. Yaralı olsam da, sonadək döyüşüb bayrağı sancdım. Ondan sonra düşmənlə mübarizədə təkrar yaralandım. Amma təslim olmadım, düşməni məhv etdik.

Bir məqsəd var idi - Vətəni azad etmək. Biz haqq yolunda idik, düşmənin əlindən alınan bizim torpağımız, bizim Vətənimizdir. Azərbaycanın hər qarışı bizim üçün əziz, müqəddəsdir. Hər birimiz torpaq, Vətən, xalq, dövlətimiz uğurunda, bayrağımızı dalğalandırmaq üçün canımızı verməyə hazır olduğumuzu sübut etdik.

- Bu gün Şuşanın azad olunmasından dörd il ötür. Hansı hisslər keçirirsiniz?

- Vətənini, xalqını, dövlətini sevən və onun uğrunda ölməyi belə göz önünə gətirərək döyüşən  bir vətənpərvər insan hansı hissləri keçirirsə, onları yaşayıram. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə də can sağlığı arzu edirəm.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Oxşar xəbərlər