top
Vəkil dələduzluqda günahlandırılır – DİN araşdırmaya başlayıb
11 mart 2025, 02:28
- ↺ +

Vəkil dələduzluqda günahlandırılır – DİN araşdırmaya başlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bir qrup vətəndaş aldadıldığını bildirir. Vətəndaşlar özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva adlı qadının onların pulunu mənimsədiyini iddia edirlər.

Onlar bu şikayətlə Qafqazinfo.az-a müraciət ediblər.

Şikayətçi Hüseyn Abdullayev bildirib ki, S.Panəliyeva vətəndaşların ümumilikdə 28 min manatdan çox pulunu ələ keçirib: “Səbiyyə özünü hüquqşünas kimi təqdim edərək insanlarla guya rəsmi müqavilə bağlayır. Vəkil olmadığı halda vətəndaşlardan order üçün pul tələb edir. Lakin onun Vəkillər Kollegiyasında belə adı yoxdur”.

H.Abdullayev onun saxta instaqram hesabı işlətdiyini qeyd edib: “O, özünü sosial şəbəkələrdə vəkil kimi təqdim edir, hazırda istifadə etdiyi “huquq_merkezi_bhkm” adlı səhifədə saxta ünvan qeyd edib. Guya ki, hansısa hüquq bürosunun rəhbəridir. Bizə dedi ki, sizin məsələnizi həll edəcəm, ancaq pulumuzu mənimsədi. Bizə məlum oldu ki, bu şəxs dələduzdur. Mən də daxil olmaqla zərərçəkən şəxsləri təhqir edərək, hədələyir”.

Şikayətçinin sözlərinə görə, S.Panəliyevanın yaşayış qeydiyyatı Neftçalanın Kürkənd kəndi olsa da, hazırda Bakıda fəaliyyət göstərir: “Atası Neftçalada yaşayır, qeydiyyatı oradadır. Ancaq hazırda Bakıdadır, dələduzluq edir. Neftçala, Qazax və bir çox rayonlardan onun adına şikayətlər mövcuddur. 16 rayonda adına şikayət var. Məndən başqa vətəndaşlar - Leyla Xudiyeva, Nicat Yusifov, Tural Qurbanov, Akif Şıxəliyev, Gülər Məcidova, Şaiq Abdullayev də ondan şikayətçidir. Aidiyyəti orqana müraciət etmişik. Bəzilərinin pulunun sadəcə bir qismini mətbuatdan çəkinərək qaytarıb. Ancaq bizə dəymiş zərər tam olaraq ödənilməyib. Biz zərərimizin ödənilməsini tələb edir, dələduzun məsuliyyətə cəlb olunmasını istəyirik. Çünki o, azadlıqda olduğu müddətdə insanları aldadacaq. Bizdə ödənişlərin olduğuna dair qəbzlər və vatsap mesajları sübut kimi mövcuddur”.

Vətəndaşların iddiası ilə bağlı qarşı tərəf Səbiyyə Panəliyeva ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, iddialar həqiqəti əks etdirmir: “Vətəndaş Abdullayev Hüseynin haqqımda yaydığı iddialar əsassızdır. Şəxs bir neçə iş adamının nüfuzuna ziyan vurduğu üçün aidiyyəti orqana müraciət olunub. Anası oğlunun psixoloji problemlərinin olduğunu qeyd edib. Digər şəxslərə gəldikdə isə onlar mənə ödəniş etməyib. Vətəndaşlar haqqımda şər-böhtan xarakterli danışıqları üçün məhkəmə orqanına müraciət edilib”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib ki, hazırda bu barədə araşdırma gedir: “Vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Həmin müraciətlər əsasında araşdırmalar aparılır”.

Son xəbərlər

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Oxşar xəbərlər