“Henkel Rus” MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az “Vergilər” qəzetinə istinadən məlumat verir.
Kreditorlar iki ay ərzində tələblərini AZ 1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, 25E, Bakı Ağ Şəhər Biznes Mərkəzi, 8-ci mərtəbə ünvanına bildirə bilərlər.
“Henkel AG & Co. KGaA” şirkətinin Rusiyadakı bölməsi olan "Henkel Rus" MMC Azərbaycanda 2020-ci ildə yaradılıb. Şirkət “Persil”, “Pril”, “Fa”, “Schwarzkopf”, “Vernel”, “Perwoll” və digər kimyəvi məişət məhsulları istehsal edir.