Ötən gün axşam saatlarında bir vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri ərazisində binanın damına çıxaraq intihara cəhd edib.
Oxu.Az xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Sakit Arzu oğlu Cəlilov beşmərtəbəli binanın damına çıxıb və özünə bədən xəsarətləri yetirərək intihara cəhd edir. Onunla ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində S.Cəlilov xilas edilərək aidiyyəti üzrə təhvil verilib.