Xətai rayonu, Babək prospekti, köməkçi yolda ağac yolun hərəkət hissəsinə aşıb.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Nəticədə nəqliyyat vasitələrinin Günəşli qəsəbəsi istiqamətində hərəkətində çətinlik yaranıb. Sürücülərdən yolda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.