top
“Xala tutmağın” güdazına gedənlər...
11 mart 2025, 05:37
- ↺ +

“Xala tutmağın” güdazına gedənlər...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün yerli media orqanları və sosial şəbəkələr Binəqədi ərazisində baş verən insidentlə çalxalandı. Məlum olub ki, 4 nəfər şəxs bir nəfərə hücum edərək, həm avtomobilini, həm də özünü əzişdiriblər. Sonradan polis hərəkətə keçərək, bir nəfəri təkləyib döyən şəxsləri saxlayıb və barələrində həbs qətimkan tədbiri seçilib. Xəbər və videoçarx ildırım sürəti ilə sosial şəbəkələrdə yayıldı və ardınca qızğın müzakirələr, mübahisələr gətirdi. Hər zaman olduğu kimi, bu dəfə də sosial şəbəkə istifadəçiləri əsasən iki hissəyə bölündülər. Adəti üzrə, dəyənəklə günün günorta çağı insanların gözü qarşısında avtomobilə hücum edən və sürücünü döyənlərə haqq verənlər də tapıldı, onları qınayan da. Amma etiraf etmək lazımdır ki, birincilərin sayı ikincilərdən daha çox oldu. İşin maraqlı tərəfi və müzakirələrin şiddət alması əsl səbəb üzə çıxandan sonra başladı. Necə deyərlər, status və rəylərdə əsl həngamə qopdu. Artıq rəylərdə bir-birini təhqir edən, söyən, beysbol dəyənəyi ilə onun fikrinə qarşı çıxanları görüşə çağıranlar...

Əsl səbəbə gəldikdə, məlum olub ki, döyülən şəxs “TikTok” sosial şəbəkəsində bir qadın istifadəçiyə mesaj yazıb. O da bunu ərinə deyib. Əri də dostlarını və yaxınlarını, tanışlarını yığaraq məsələyə dəyənəklə aydınlıq gətirib. Nəticə isə göz qarşısında: döyülən bir şəxs (vəhşicəsinə döyülən, çünki kadrlardan da baş-gözünün qan içində olduğu görünür), dəyənəklə xurd-xəşil edilən avtomobil və həbs edilən 4 nəfər.

İndi məsələlərə bir az fərqli prizmadan yanaşaq. Artıq sosial şəbəkələrin insanların həyatında problemə, faciəyə çevrildiyi nə ilk halla rastlaşırıq, nə də bunun son olacağını bilirik. Bəyəm sosial şəbəkədə yazılan mesaja görə dağılan ailələr, bıçaqlanan gənclər, döyülən qadınlar, öldürülən qızlar az olub? Səbəb? Sadədir, biz hələ də sosial şəbəkələrə sırf tanışlıq məqsədi ilə daxil oluruq (söhbət böyük əksəriyyətdən gedir). Nə vaxta qədər ki, sosial şəbəkədən sırf tanışlıq, “qız tutmaq”, “xala tutmaq” məqsədi ilə istifadə ediləcək, boşanmalar da olacaq, döyülmələr də, qətllər də. Öncə biz beyinlərdə inqilab etməliyik. Sosial şəbəkədən məlumat öyrənmək, yeniliklərdən xəbərdar olmaq üçün istifadə etməliyik. Hansısa qəşəng qızın və ya xanımın fotosunun, videosunun altına küçə iti sürüsü kimi yayılaraq Azərbaycan dilinin qrammatik qaydalarını və əlifbasının anasını ağladaraq, “çox gözəlsiniz”, “salam xanım”, “Allah sizi qorusun”, “Çox qəmli baxışlarınız var, səbəbini özəldə deyə bilərsiniz” tipli rəylər yazmaq düşüklük, iyrənclik, bəsitlik və cahillikdir. Tanımadığı qadına, qıza ağına-bozuna baxmadan rəy yazmağın nəticəsini bu gün Binəqədidə gördük. Mən əsla o 4 nəfər əli dəyənəkliyə haqq qazandırmıram. Əgər ortada bir sataşma varsa, onu həll etməyin min bir üsulu var. O dörd nəfərin müraciət etdiyi üsul isə ən primitiv və ən mənasız üsuldur.

İndi nəticə nə olacaq? Video kadrlardan da rahat görünür, ortada bir cinayət əməli var və hüquqi dövlətin vətəndaşı olduğumuz üçün bilirik ki, bu əməl və əməllər cəzalandırılacaq. Bir mesajın güdazına gedən 4 nəfərin neçə il həbs cəzası alacağı məlum deyil. Lap tutaq ki, 1 il, iki il. Onlardan neçəsi evlidir, neçəsinin övladı var, neçəsinin valideyni yaşlı və ya xəstədir bilmirəm. Amma bir anlıq düşünək, bir il, iki il övladından uzaq qalırsan, onun böyüməyində, yetişməsində, formalaşmasında iştirak edə bilmirsən. Bununla da ona sağalmaz travma yaşadırsan. Yaşlı atan, anan, doğmaların yolunu gözləyəcək, ömürlərindən ömür gedəcək. Yadımdadır, “Rezonans” proqramının çəkilişləri üçün həbsxanalarda məhkumlarla söhbət edəndə bir ağızdan dedikləri bir söz vardı, 10 saniyə səbir etmək, düşünmək. 10 saniyə düşünüb, səbir etmədinsə, nəticəsi dörd divar, zindandır. Bəs bu dörd nəfərin belə bir aqibətlə üzləşməsi bir “TikTok” mesajına dəyərdimi? Məncə, düşünək. Çünki insan həyata bir dəfə gəlir. O qısa ömrün bir neçə ilini düşünülməmiş addım sayəsində dəmir barmaqlıq arxasında keçirməyə dəyərmi?

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Oxşar xəbərlər