Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Rəsulova Mehriban Mehman qızı təyinat alıb.
O, cari ilin əvvəlindən Dövlət Məşğulluq Agentliyinə təyinat almışdı və Peşə hazırlığı departamentinin direktoru idi.
M.Rasulova buna qədər Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb.
O, Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.
Mehriban Rəsulova ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.