Milli Hidrometeorologiya Xidmətinin noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bakuplus.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm təşkil edir:
“Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcə isti qeydə alınıb. Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək”.