Oktyabrın 26-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.
APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 isti olub.