Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova küçəsində hərəkətə məhdudiyyət qoyulacaq. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Azəravtoyola istinadən xəbər verir.
Ərazidə aparılan təmir-bərpa işləri səbəbindən küçəyə nəqliyyat vasitələrinin girişi 3 gün müddətində mümkün olmayacaq.
“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə qurum əlavə edib.