Paytaxtın Yasamal rayonunda növbəti həyət əsaslı təmir olunub. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yeni Yasamal yaşayış massivi 1, Dadaş Bünyadzadə küçəsi 3 və 4 ünvanında 1000 nəfər sakin üçün abadlıq işləri aparılıb.
Layihə çərçivəsində əlil və sağlamlıq imkanları məhdud insanlar üçün şərait yaradılıb. Bundan əlavə, idman qurğuları, uşaq və şahmat meydançaları salınıb.
Ərazidə müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, elektrik sistemi, qaz, su və istilik xətləri yenidən qurulub. Həmçinin quş yuvaları və pişik evləri quraşdırılıb.
[caption id="attachment_50209" align="alignnone" width="896"]
Foto Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]