Paytaxtın Yasamal rayonu Mikayıl Müşfiq küçəsində ağacların dibi daş plitələrlə örtülüb. Bu haqda 2 noyabr axşam saatlarında AzTv reportaj nümayiş edib.
Ağaclara bu cür münasibət sakinləri narahat edib. Həmin məsələ ilə bağlı aidiyyatı quruma müraciət göndərilib, əraziyə baxış keçirilib və lazimi addım atılıb.
Əraziyə baxış keçirilərkən, aşkarlandı ki səkinin abadlaşdırılması məqsədi ilə daşlar düzülmüşdür. Daşlar düzülərkə diqqətsizlik səbəbindən ağacların ətrafı da daşlarla örtülmüşdür. Daşlar götürüldü və ağacların suvarması üçün xənədklər və çalalar qaydasına salındı. Daş döşəmələrlə əhatə olunan 12 ağacın ətrafı təmizlənərək onlara aqrotexniki qulluğ olundu.