Bakıda oğru saxlanılıb. Bu haqda 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda müxtəlif vaxtlarda ümumilikdə 9 avtomobildən maqnitofon, akkumulyator və güzgü oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş H.Təvəkkülov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.