Bakının Yasamal rayonu ərazisində yollar təmir olunur. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az məlumat verir.
Hazırda işlər “Space” telekanalının ətrafında aparılır. Ərazidə yeni asfalt örtüyü salınır, piyada səkiləri yenilənir, bordürlər yeniləri ilə əvəz olunur.
Təmir olunan əraziyə texnika və canlı qüvvə cəlb olunub. Həmin ərazilərdə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Daha öncə analoji təmir işləri Ələsgər Ələkbərov küçəsində də həyata keçirilib.
[URIS id=47807]