Bakıda 3 yaşlı uşağa iynə ilə işgəncə verən dayənin əməli ilə bağlı DİN araşdırmaya başlayıb. Bu haqda 2 fevral tarixində BAKU.WS məlumat verib.
Ötən gün İradə Bağırova DİN-in “qaynar xətt”inə evində işləyən 10 il iş təcrübəsi olan dayə barəsində şikayət edib. O bildirib ki, dayə 3 yaşlı uşağa yatmadığına görə iynə vurub. Uşaq sonradan bu barədə valideynlərinə deyəndən sonra, onlar evdə quraşdırılan müşahidə kamerasına baxıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, daxil olan şikayət araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.