Paytaxtın Yasamal rayonu A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində binalar sökülür. Bu haqda bu gün, 15 noyabr tarixində Trend məlumat yayıb.
Beşmərətəbəli binalardan birində söküntü işləri artıq başlayıb.
Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır. Pilot layihə deyil"- deyə Yasamal RİH-nin baş memarı Eyvaz Bağırov bildirib.
Həmin ərazidə bir neçə bina mərhələli şəkildə söküləcək.