Bakının Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilir. Bu haqda məlumat bu gün, 6 iyun tarixində Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmi səhifəsində paylaşılıb.
Küçədə asfalt örtüyü dəyişilir, səkilərin yenilənməsi davam etdirilir, müəyyən ərazilərdə yolun genişləndirilməsi işləri görülüb.
Təmir zamanı 12 yeni yağış barmaqlıqlarının, kommunikasiya xətlərinə yeni baxış qapaqlarının qoyulması, küçənin yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunması nəzərdə tutulub.
Ümumilikdə, bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayonda 5 küçənin təmiri nəzərdə tutulub.